Ötən gün "Şamaxı"dan ayrılamn və icarə ilə "Sabah"a məxsus olan Kamran Quliyevin açıqlamasını yayımlamışdıq.

Rekord.az-a açıqlamasında futbolçu bildirmişdi ki, müqavilə ilə məxsus olduğu "Sabah"a dönən zaman əsas komandada şans qazanacağına ümid edirdi.

Lakin Bakıya dönəndən sonra məlum oldu ki, yalnız əvəzedici komandada məşq edə bilər və əsas komandanın Avstriyaya təlim-məşq toplanışına yollanan heyətində onun adı yoxdur. Futbolçu da məhz bu seçimdən narazı qalmışdı. Maraq üçün qeyd edək ki, Kamran "Şamaxı"ya getməmişdən öncə Kamran "Sabah"da məhz əvəzedici komandanın futbolçusu idi və "Şamaxı"ya da məhz "Sabah"ın əvəzedici komandasından getmişdi. Görünür futbolçu "Şamaxı"dakı fərdi olaraq uğurlu çıxışından sonra Murad Musayevin əsas komandada ona şans verəcəyini düşürmüş. Məsələyə klubun da mövqeyini öyrəndik. Münasibət qısa oldu. Klubdan saytımıza bildirildi ki, əsas komanda ilə bağlı seçimlər birbaşa baş məşqçi Murad Musayevə məxsusdur və hansı futbolçunu əsas komandaya cəlb etmək səlahiyyəti, seçimi də birbaşa baş məşqçiyə məxsusdur.