“Sabah” amerikalı basketbolçu Smit Donovanla 1 illik müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, 207 sm boya malik hücumçu son mövsümü Avstriya bundesliqasında çıxış edən “Vels” klubunda keçirib.

Donovan peşəkar karyerası ərzində Kipr, İspaniya, Gürcüstan, Rumıniya liqalarında çıxış edib.

2022/2023 mövsümündə komandasının heyətində 42 görüş keçirən 29 yaşlı hər oyunda orta hesabla 24 dəqiqə meydanda olub, 15 xal toplayıb, ortalama 6 ribaundla yadda qalıb.