“Sabah”ın yeni transferi Mario Marina üçün Xorvatiyanın “Qoritsa” klubuna ödədiyi məbləğ bəlli olub.

Rekord.az xəbər verir ki, “Sabah” 30 yaşlı yarımmüdafiəçi üçün klubuna 100 min avro təzminat ödəyib. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Mario “Sabah”ın xorvat baş məşqçi Jelko Sopiçin istəyiylə transfer olunub. Dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.