AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” - “Qəbələ” oyununda “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

“Sabah” – “Səbail” oyununda “Səbail”in futbolçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə olunub. “Sabah”ın oyunçusu Con İrasabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.