
“Sabah” transfer çalışmalarını bitirdi?
- 31 Yan 2022 14:00
- 741
Daha bir klub transfer çalışmalarını yekunlaşdırıb.
Rekord.az xəbər verir ki, söhbət “Sabah”dan gedir.
Əslində Murad Musayevin hazırkı klubuna gətirmək istədiyi bir neçə sabiq yetirməsi olub. Lakin qiymətləri çox baha olduğundan bu, alınmayıb. Rusiyalı məşqçi transfer xatirinə transfer etmək də istəməyib.
Qeyd edək ki, “Sabah” qış transfer dönəmində yalnız Aleksandr Neçayevi ("Rux", Belarus) heyətinə qatıb.