Sabah” TNS-ə qalib gəldi
- 22:00
- 32
“Sabah” bu gün UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin ilk təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşıb.
Komandalar arasındakı ilk oyun Masazırda keçirilib. Oyunu polşalı hakimlər briqadası idarə edib. Baş hakim Patrik Qriçkeviç olub.
“Sabah” ilk oyunda inamlı qələbə qazanmaqla cavab görüşü öncəsi üstünlük əldə edib.
Cavab qarşılaşması iyulun 14-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul
Sabah – TNS 2:0
Qollar: Velko Simiç, 66, Kahim Parris, 83.
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
“Bank Respublika Arena”.
Sabah: Pokatilov (k), Solvet, Daşdəmirov, Zedatka, Puxaç, Rahmonəliyev, Lepinitsa, İsayev, Simiç, Mikels, Maluda.
Ehtiyat oyunçular: Ramazanov, Mirzəmmədov, McCarthy, Xaybulayev, Perris, Rüstəmli, Mutəllimov, Laşaab, Almeida Santos Junior, Severina, Rodriqu Fernandes, Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
TNS: Şepperd, Redmond (k), Bodenem, Simeu, Uilyams, Farrell, Korness, Smit, Klark, C. Uilyams, Hyuz.
Ehtiyat oyunçular: Edvards, Godwin, Brobbel, Qodsmark-Ford, D. Devis, Nolan, Nədin, Fillips, Kənavan, Vullem, Lok.
Baş məşqçi: Kreyq Harrison.