"Sabah"ın baş məşqçi postu hələlik rəsmi sahibini tapmayıb. Düzdür, Qomeşin gedişindən sonra rəhbərlik bu posta Ramin Quliyevi təyin edib. Amma Quliyevin təyinatı müvəqqətidir və gənc məşqçi özü də bunu açıqlamışdı. Yeni baş məşqçinin kimliyi mövsümün sonunda məlum olacaq. Bu, hər şey uğurlu gedəcəyi halda Quliyevin özü də ola bilər. Ancaq əksi baş verərsə...

Məsələ ilə bağlı Rekord.az-a məlumat daxil olub.

"Sabah" hazırda baş məşqçi məsələsi ilə bağlı bir neçə variantı nəzərdə keçirir. Belə ki, Quliyevə alternativ kimi əcnəbi məşqçi gətirilmə variantı da var. Bu halda əsas namizədlər sırasında yer alanlardan biri Azərbaycan futboluna kifayət qədər tanış biri olacaq. Söhbət "İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzedən gedir. Məlumata görə, "Sabah" gürcü məşqçi ilə əlaqəyə keçib və klubun istəyi Sxadadzeyə çatdırılıb.

* * *
Bu xəbərlər bağlı klubdan "Rekord.az"-a açıqlama verilib. Qeyd olunub ki, hazırda belə bir məsələ gündəmdə deyil və heç bir təklif göndərilməyib.