Bu gün Misli Premyer Liqasında 34-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Sabah” doğma meydanda “Şamaxı” ilə qarşılaşıb. Oyunun baş hakimi Fərid Hacıyev olub. Dörd qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.

“Səbail” – “Zirə” və “Turan Tovuz” – “Neftçi” oyunları sabah, “Kəpəz” – “Sumqayıt” və “Qarabağ”– “Araz-Naxçıvan” matçları isə mayın 11-də keçiriləcək.

Misli Premyer Liqası
34-cü tur

9 may

“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Şafranko, 90+3 - Leroy Mikels, 26.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov.
“Bank Respublika Arena”, 19:00.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 12. Vensan Till, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 89. Rauf Əyyubov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Jesse Sekidika, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.
Şamaxı: 1. Rikardo Fernandes, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 12. Maykl Tuik, 20. Leroy Mikels (k), 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 73. Elmar Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.