"Sabah" Antalyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstan "Pakş"ı ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" yanvarın 24-də Serbiyanın “Mladost”la (Luçani) klubu ilə oynayacaq. 

17:30. "Sabah" - "Pakş"