Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub.

Rekord.az xəbər verir ki, 1-ci turun sonuncu matçında "Sabah" "Gəncə" ilə üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin 115:74 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sərhədçi" İdman Mərkəzində gerçəkləşəcək qarşılaşma saat 18:00-da başlayacaq.

Turun əvvəlki oyunlarında "Cəlilabad" "Sərhədçi"ni (86:76), "Xəzri" "Neftçi"ni (80:73), "NTD-İndiqo" "Sumqayıt"ı (97:79), "Xırdalan" "Şəki"ni (102:78) məğlub edib.