"Sabah" klubu futbolçu Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.


Bu barədə Rekord.az-a Masazır təmsilçisindən məlumat verilib.


25 yaşlı hücumçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.


Xatırladaq ki, Mbina bu ilin fevralından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.