"Sabah" basketbol komandası növbəti yoxlama oyununu Böyük Britaniya təmsilçisi "London Lions"a qarşı keçirəcək.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.

Qarşılaşma sentyabrın 3-də baş tutacaq. Litvanın Kaunas şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

"Sabah" ilk yoxlama oyununda Litvanın "Juventus Utena" komandasına uduzub - 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin "Şyaylyay" kollektivinə qalib gəlib - 92:80.

Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.