"Sabah" oyunlarını "ASK Arena"da keçirə bilər.

Rekord.az xəbər verir ki, "Keşlə"nin Şamaxıya yollanmasından sonra bu qurğunun "Sabah"a veriləcəyi haqda xəbərlər yayılıb. Buna səbəb infrastrukturun knubun aşağı yaş qrupları üçün daha əlverişli olmasıdı.

İnformasiyanı dəqiqləşdirmək üçün "tələbələr"in mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu: "Hazırda komandamız “Bank Respublika Arena”nın xidmətindən istifadə edir. Başqa stadiona köçməklə bağlı məsələ hələ ki gündəmdə deyil. Gələcəkdə bu istiqamətdə yenilik olsa, ictimaiyyətə məlumat veriləcək".