
"Sabah" bu futbolçunu yenidən icarəyə verəcək
- 29 İyn 2023 15:00
- 959
Ötən mövsüm "Kəpəz"in heyətində heç də pis mövsüm keçirməyən Abdulla Rzayev mövsüm başa çatandan sonra yenidən müqavilə ilə məxsus olduğu "Sabah"ın düşərgəsinə qayıdıb.
Lakin Rekord.az-a daxil olan məlumata görə, Murat Musayevin əsas heyətlə bağlı planlarında Abdullaya yer yoxdur.
Odur ki, "Sabah" böyük ehtimalla onu yenidən icarəyə verəcək. Futbolçunun xidmətində "Kəpəz"in və "Sumqayıt"ın maraqlı olmasıma dair məlumatlar var.