Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə Gənclər və İdman sektorunun və Saatlı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığılə "İdman hamı üçün" layihəsi çərçivəsində taekvando idman növü üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin təşkilində məqsəd uşaq, yeniyetmə və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.