"Neftçi"də işləri yaxşı getməyən Rza Cəfərovun klubdab ayrılacağına dair xəbərlər səngimək bilmir.

Rekord.az xəbər verir ki, onun xidmətində "Araz Naxçıvan"ın maraqlı olduğu deyilsə də, bu siyahıya daha bir klub da qoşulub.

Söhbət "Sumqayıt"dan gedir. Sözügedən komanda da Rzanı heyətinə qatmaq istəyir. Amma bir məsələ var ki, "Neftçi" 22 yaşlı qapıçını icarəyə vermək yox, birdəfəlik satmaq istəyir. Bu isə yüksək məbləğ deməkdir.