Ölkə xaricində legioner həyatı yaşamaq istəyən rusiyalı futbolçular 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edə bilərlər.

Rekord.az xəbər verir ki, bu barədə rusiyalı futbol agenti Pavel Nesterov "sport24.ru" saytına açıqlama verib.

O bildirib ki, yayda mütləq Azərbaycanla bağlı variant olacaq: "Orada yaxşı bazar və bir neçə zəngin klub var. Onlar mütləq tortdan bir tikə dişləmək istəyəcəklər".

Nesterov Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Çin, Qazaxıstan və Ermənistan variantlarını da istisna etməyib.