AFFA bir müddət bundan əvvəl “Krasnodar”ın yarımmüdafiəçisi Məhəmməd-Şəfi Süleymanov və “Ufa”nın hücumçusu Həmid Ağalarovu Azərbaycan millisinə dəvət etmişdi.

Rekord.az xəbər verir ki, adları çəkilən futbolçularla danışıqlar da olmuşdu.

Federasiya ümid edirdi ki, bu futbolçulardan müsbət cavab ala biləcək. Lakin əldə etdiyimiz məlumata görə, hər iki futbolçu Azərbyacan millisində oynamaqdan imtina edib.