Millimizin ilk sınağı
- 12:40
- 39
Azərbaycanın futzal millisi bu gün DÇ-2028-in əsas mərhələsində ilk matçını keçirəcək.
Rekord.az xəbər verir ki, komanda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.
Fridek-Mistekdəki "Hala Polarka" İdman Arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər.
Qeyd edək ki, Azərbaycan millisinin yer aldığı 12-ci qrupda digər rəqib Latviyadır.