
Rusiyada oynayan futbolçu AFFA-nın təklifini geri çevirib
- 01 Fev 2023 13:00
- 518
Rusiyanın "Rodina" klubunun futbolçusu Ruslan Fişşenkoya Azərbaycan millisində oynamaq təklif olunub.
Rekord.az xəbər verir ki, AFFA rəhbərliyi Moskva OMİK-nin yetirməsi ilə növbəti dəfə əlaqə saxlayıblar.
Lakin əldə etdiyimiz məlumata görə, Rusiya millisində oynamaq istəyən Fişşenko AFFA-nın təklifini geri çevirib.
Qeyd edək ki, Ruslan bir neçə il qabaq "Qarabağ"ın gənclər komandasınd forma geyinib. Onun atası azərbaycanlıdır.