
Rusiya yeni mövsümdə UEFA yarışlarına buraxılacaqmı?
- 01 May 2022 12:11
- 502
UEFA Rusiya klubları və millisi haqqında qərar qəbul etməyə hazırlaşır.
Rekord.az championat.com-a istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu sözügedən komandaların UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakı məsələsinə baxmağı planlaşdırır. UEFA-nın gələn həftə qərar qəbul edəcəyi gözlənilir.
Bildirilir ki, hazırda iki variant nəzərdən keçirilir: Rusiya klublarının və yığmasının yeni mövsümdə Avropa yarışlarından kənarlaşdırılması və növbəti qərarın qəbul olunmasına qədər əvvəlki qərarın qüvvədə saxlanılması. Bu o deməkdir ki, klublar növbəti mövsümdə avrokuboklarda iştirak edə bilməyəcək və bütün növ komandalar UEFA-nın himayəsi altında keçirilən turnirlərdən kənarda qalacaqlar”.
Xatırladaq ki, fevralın 28-də UEFA və FİFA Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıldığını elan etmişdilər. Nəticədə Moskva "Spartak"ı 2021/2022 mövsümünün Avropa Liqasının 1/8 finalında oynamaq imkanını itirmişdi. Rusiya millisi isə DÇ-2022-nin seçmə mərhələsinin pley-off-unda iştirak etməyib.