
Rusiya - Ukrayna müharibəsi "Nou Kamp"ın təmirinə necə təsir edir?
- 27 Mar 2022 15:09
- 506
"Barselona"nın prezidenti Joan Laporta Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə yaranan çətinliklərdən danışıb.
Rekord.az xəbər verir ki, o, "El Periodico"ya açıqlamasında hadisələrlə bağlı "Nou Kamp" stadionunun yenidənqurulmasında müəyyən çətinliklər çəkdiklərini deyib:
"Nou Kamp"ı yeniləmək istəyirik. Ukraynadakı vəziyyətin təsiri ilə bağlı daxili müzakirələr aparırıq. Biz öyrəndik ki, materialların dəyəri 25 faiz artıb. Bu, təbii ki, müəyyən qədər büdcəyə təsir edir".