Rusiya komandaları beynəlxalq yarışlarda iştirak edə biləcəklər
- 20:22
- 39
Beynəlxalq Voleybol Federasiyası (FIVB) Rusiya voleybol komandalarına tətbiq olunan məhdudiyyətləri ləğv edib. "Rekord.az" xəbər verir ki, qurum Rusiya voleybol komandaları, idmançıları və texniki rəsmi şəxslərinə tətbiq olunan bütün məhdudiyyətlərin ləğv edildiyini açıqlayıb.
FIVB-nin İnzibati Şurasının 8 iyul tarixli qərarına əsasən, Rusiya idmançıları voleybolun bütün növləri üzrə FIVB-nin himayəsi altında keçirilən beynəlxalq və rəsmi yarışlarda yenidən iştirak edə biləcəklər.
Eyni zamanda, Rusiya milli komandaları məhdudiyyət tətbiq olunan anadək malik olduqları xal göstəriciləri saxlanılmaqla dünya reytinqinə bərpa olunacaqlar. Rusiya bayrağı, himni və digər dövlət rəmzlərinin istifadəsi ilə bağlı qərar isə FIVB və Avropa Voleybol Konfederasiyası tərəfindən müvafiq beynəlxalq idman təşkilatları ilə razılaşdırılmaqla qəbul ediləcək.