FİFA və UEFA-nın sanksiyaları Rusiya klublarının büdcələrinə də təsir edir.

Rekord.az xəbər verir ki, beynəlxalq oyunkardan kənar qalmaları onların gəlirlərinə və oyunlarına gələn azarkeş sayına da ciddi təsir edib.

Rusiya mətbuatının yazdığına görə, 2023-cü ilin mart ayından etibarən "Zenit", "Spartak", "Lokomotiv" kimi klublar ümumi büdcələrini azaltmağa qərar veriblər. Sanksiya ləğv olunana qədər bahalı transferlər, təlim-məşq toplanışları olmayacaq.