Rusiya Futbol İttifaqı (RFİ) Asiya Futbol Konfederasiyasına (AFK) keçidlə bağlı İcraiyyə Komitəsinin səsverməsini növbəti dəfə təxirə salıb.

Rekord.az xəbər verir ki, qurumun mətbuat xidməti toplantının dekabrın 31-dək baş tutacağını bildirib.

RFİ-nin prezidenti Aleksandr Dyukov noyabrın 27-dəki açıqlamasında AFK-ya keçid məsələsinə dekabrın 23-də baxılacağını bildirsə də, İcraiyyə Komitəsinin iclası bu günə təxirə salınmışdı: “İcraiyyə Komitəsinin UEFA-dan AFK-ya keçmək barədə səsverməsi dekabrın 31-dək baş tutacaq”.

Xatırladaq ki, Ukraynaya təcavüzə görə fevralın 28-də UEFA və FIFA Rusiyanın klub və yığma komandalarını beynəlxalq yarışlardan kənarlaşdırıb.