
Rusiya çempionatında komanda sayı artmayacaq
- 07 Apr 2023 18:45
- 379
Rusiya futbol ictimaiyyəti arasında bir ara yüksək liqada komanda sayının artırılması məsələsi müzakirə olunsa da, Rusiya Futbol İttifaqı bu təklifə isti baxmır.
Rekord.az xəbər verir ki, ittifaqın indiki halda bu məqbul saymaq fikri yoxdur.
Onsuz da Ukraynada müharibə səbəbindən Rusiya yığması və klubları bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb. Belə olan halda iş adamlarının da futbola sərmayə qoyması üçün stimul yoxdur. Bu mənada komanda sayının artırılması istənilən halda, müsbət heç nə gətirməyəcək.