"Bizim üçün derbi olaraq prinsipial xarakter daşıyan matç idi. Son oyunda qələbə qazanmışdıq. Yaxşı formada idik. "Kəpəz"lə görüşdə qalib gəlməli idik. Beləliklə, 3 xal qazana bildik".

Rekord.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un futbolçusu Runi Eva Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"lə (2:0) matçdan sonra deyib. 

Hücumçu azarkeşləri qarşısında komandasının matçda ilk qolunun müəllifi olmasını belə şərh edib: "Qol vurduğum üçün xoşbəxtəm. Komandamın qələbəsi üçün bunu etmək gözəl hissdir. Bizim üçün vacib oyun idi. Xüsusilə azarkeşlərimizin qarşısında fərqlənməyim məni sevindirir.  İnanıram ki, xallar qazanmağa davam edəcəyik".