AFFA bu mövsüm I Diviziona 3 komanda buraxdı ki, bunlardan biri də "İmişli"dir. Sözügedən komanda ilk turlardan o qədər də yaxşxı təsir bağışlamadı, nəticələr ürəkaçan olmadı. Təbii ki, bunun da bir sıra obyektiv səbəbləri var idi. Buna bamayaraq, gənc məşqçi Ruhid Usubov tədricən komandanı toparlaya bildi, "İmişli" ilk xalını, ilk qələbəsini qazana bildi. Hazırda ikinci dövrənin hazırlıqlarını davam etdirən İmişli təmsilçisi qışdan sonra daha yaxşı nəticcəyə ümid edir. Rekord.az olaraq, ikinci dövrə öncəsi Usubovla komandanın ilk dövrədəki çıxışı, ikinci dövrəyə hazırlığı, bu günə qədər görülən işlərdən danışdıq: "Bildiyiniz kimi, uzun müddət idi İmişlidə komanda yox idi. Bu mənada əsas hədəf İmişlidə, ümumiyyətlə, Aran bölgəsində böyük futbolu bərpa etmək idi. Çox şükürlər olsun ki, AFFA müraciətimizə müsbət yanşdı və şərait yaratdı ki, böyük futbolu İmişliyə qaytaraq. Buna görə komandamızın adından AFFA-ya böyük təşəkkürümü bildirirəm. Çünki federasiyadan baqa heç kim bizə yaxın durmadı. Bu mənada AFFA-ya nə qədər "sağ ol" desək, azdır. İmişlidə kifayət qədər istedadlı futbolçular var. Sadəcəc, kollektiv formalaşdırmağa zaman lazım idi. Bundan başqa, bir çox imişlili futbolçu var idi hansı ki, hərbi xidmətdə idilər. Qayıdandan sonra onları da yavaş-yavaş komandaya cəlb edirik və təbii ki, forma yığmaları üçün vaxta ehtiyac var. Bundan başqa, hər kəs bilir ki, stadionla bağlı problemimiz olduğundan mövsüm öncəsi normal hazırlıq da keçə bilmədik. Məşq keçdiyimiz İmişli Olimpiya Kompleksini süni örtüklü meydançası da beton kimi idi. Təbii ki, bütün bunlar nəticələrə də təsirini göstərdi".

 

Həmsöhbətimiz problemlərin tədricən yoluna qoyulduğunu da diqqətimizə çatdırdı: "Heydər Əliyev adına İmişli mərkəz stadionu ilə anlaşmışıq, oranı icarəyə götürmüşük, orda xeyli işlər görmüşük. İşıq sistemi, su sistemi, futbolçuların qalması üçün şərait yaratmışıq, bu mənada komanda rəhbərliyinə də minnətdaram. Tək böyük futbol yox, uşaq futbolu, hətta qadın futbolu üçün də ciddi işlər görürük. Artıq qadın komandası yaratmaq üçün də fəaliyyətə başlamışıq. Yenə deyirəm, əsas hədəfimiz bizim zonada futbolu inkişaf etdirməkdir. Çünki İmişlidə futbolun olması ətraf rayonlar olan Beyləqan, Füzuli, Kürdəmir, Saatlı, Sabirabad, Biləsuardan da futbolçuların bura axını deməkdir. Bu gün həmin axın da var, heyətimizdə həmin zonalardan futbolçular da yer alıb".

 

Baş məşqçi transferlərdən də danışdı: "Kənarda oynayan futbolularımız var idi, "Araz Naxçıvan"dan Nəbi, "Qəbələ"dən Tolqa Yaqubov, "Mingəçevir"dən qapıçı Pərvin Zeynalovu da həmçinin heyətimizə qatmışıq. Daha çox yerli gənclərə üstünlük veririk ki, onlardan da artıq əsas komandanın qapısını döyənlər var. Əsas hədəflərimizdən biri də təbii ki, milli komandaya futbolçu yetişdirməkdir, bu mənada milli komandanın məşqçiləri ilə də daim əlaqədə olacayıq".