Rüfət İsrail klubunda qol hesabını açdı
- 16:30
- 38
Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsrailin "Kiryat Şimona" klubunda ilk qolunu vurub.
Rekord.az xəbər verir ki, iyul ayında bu kluba keçən 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda "İroni Tiberiyas"la görüşdə fərqlənib.
Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb. O, görüşün 84-cü dəqiqəsində əvəzlənib.