"Rubin"in futbolçusu Oleq İvanov mövsümün sonunda karyerasını başa vuracaq.

Rekord.az xəbər verir ki, 36 yaşlı futbolçu bu qərarın onun üçün ağır olduğunu desə də, reallığı qəbul etdiyini də bildirib.

Karyerasını başa vurduqdan sonra hansı iş görəcəyinə isə qərar verməyib: "Həqiqətən çətindir. Mən hətta Urala qayıtmazdan əvvəl Paşa Poqrebnyakla danışdım. Çünki o da karyerasını başa vurub. Paşa mənə dedi ki, oğlumu məktəbə aparıram, evə gəlirəm, otururam və başqa heç bir işim yoxdur. Məncə, boş vaxtınız çox olanda yata bilərsiniz. Biznes də aça bilərəm. Amma mən emosiya gətirməyən işlə məşğul olmaq istəmirəm".