"Borussiya"nın hücumçusu Marko Roysun durumuna aydınlıq gəlib.

Rekord.az Almaniya mətbuatına istənadən xəbər verir ki, topuğundan xəsarət alan 33 yaşlı futbolçunun durumu o qədər də ciddi deyil. Təcrübəli forvardın 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Almaniya millisinin üzvünün Qətərdə keçiriləcək dünya çempionatını buraxmaq riski yoxdur.

Qeyd edək Marko Roys Bundesliqada  "Borussiya"nın "Şalke"ni 1:0 hesabı ilə məğlub etdiyi matçda zədələnərək meydanı xərəkdə tərk etmişdi.