Mövsümün sonunda "Borussiya" Dortmundla müqaviləsi başa çatacaq Marko Roys komandada qalmaq istədiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, 31 yaşlı futbolçu, ümumiyyətlə, karyerasını Dortmundda bitirmək istədiyini bildirib.

O, jurnalist Alfredo Pedullıya açıqlamasında bunları deyib: "Karyeramın sonuna kimi Dortmundda qalmaq, karyeramı burada bitirmək istəyirəm. Hazırda rəhbərliklə bununla bağlı danışıqları davam etdiririk və yaxın günlərdə hər şey bəlli olacaq",