
Rövşən Nəcəf "Neftçi"ni Respublika stadionuna qaytarmaq istəyir
- 02 Fev 2023 18:00
- 1293
SOCAR-ın və "Neftçi"nin idarə heyətinin yeni rəhbəri Rövşən Nəcəf növbəti mövsümlə bağlı cızdığı planlarında tək heyətlə kifayətlənmək istəmir.
Rekord.az-a daxil olan məlumata görə, Nəcəfin eyni zamanda infrastrukturla bağlı da ciddi planları var.
Əsas planlardan biri komandanı yenidən ona doğma olan Tofiq Bəhramov adına Respublika stadionuna qaytarmaqdır. Düzdür, hazırda bu stadion icarə ilə "Qarabağ"a məxsusdur və bu müddət davam edir. Lakin SOCAR rəhbəri çalışır ki, Ağdam klubunun stadionla müsqaviləsi bitəndən sonra yeni müqavilə imzalanmasın və stadion yenidən "Neftçi"nin nəzarətinə keçsin.