
Rövnəq Abdullayev ölkə başçısına təşəkkür etdi
- 02 Fev 2022 11:34
- 463
"Bu gün konfransımız əlamətdar günə təsadüf edir".
Rekord.az-ın məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.
O, 2 fevral Gənclər günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
R.Abdullayev 2021-ci ilin pandemiyaya rəğmən, planlaşdırıldığı kimi keçdiyini bildirib. Assosiasiya rəhbəri Bakıda 4 oyunu keçirilmiş Avro-2020-ni xüsusi vurğulayıb: "Bütün mərhələlərdə bizə dəstək verən dövlətimizə, o cümlədən Prezident İlham Əliyevə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Bu, dövlətimizin böyük uğurudur".