AFFA rəhbərliyi FİFA-nın bu gün keçiriləcək 72-ci konqresində iştirak edəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Toplantıya AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyev qatılacaq.