"Qəbələ"dən ayrılan Rövıan Muradov növbəti mövsüm "Sumqayıt"ın formasını geyinəcək.

Rekord.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə 3 gündür davam edən danışıqlar bu gün müsbət yekunlaşıb.

Klubun bazasına gələn futbolçu bu dəqiqələrdə "Sumqayıt"la 2 illik müqaviləyə imza atıb. Yaxın saatlarda "Sumqayıt"ın bu transferi rəsmən açıqlayacağı gözlənilir.