
Ronaldunun müsahibəsi Erik ten Haqla müzakirə olunacaq
- 14 Noy 2022 23:00
- 334
Sabah “Mançester Yunayted” rəhbərliyi baş məşqçi Erik ten Haqla görüş keçirəcək və hücumçu Kriştianu Ronaldunun verdiyi qalmaqallı müsahibə gündəmə gələcək.
Rekord.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Klub rəhbərliyi Ronaldunu “Mançester Yunayted”i və məşqçiləri tənqid etməkdə və hörmətsizlikdə günahlandıraraq potuqaliyalı futbolçunun gələcəyini "qırmızı şeytanlar"ın çalışdırıcısı Erik ten Haqla müzakirə edəcəklər.