
Ronaldonun klubu yeni baş məşqçisini açıqladı
- 06 Apr 2023 11:30
- 351
İspaniyanın “Valyadolid” komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Paulo Petsolano çalışdıracaq.
Uruqvaydan olan 39 yaşlı mütəxəssislə 2024-cü yayına kimi müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Paçetanı əvəzləyib.
Petsolano isə son olaraq Braziliyanın “Kruzeyro” komandasını çalışdırıb. Gənc mütəxəssis bu komandanı B Seriyasında çempion edib.
“Valyadolid” hazırda La Liqada 28 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.