"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasının 31-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları səfər oyununda ayağından çoxlu sayda zərbələr alb.

Rekord.az xəbər verir ki, portuqaliyalı hücumçu matçdan sonra meydanı tərk edərkən ayağında kəsik izlərinin və qan olduğu görülüb.

Qeyd edək ki, Ronaldo sözügedən matçın 87-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.