Futbol üzrə Portuqaliya millisi DÇ-2022-nin final mərhələsinə yüksəlib.

Rekord.az xəbər verir ki, həlledici pley-off oyununda portuqallar Şimali Makedoniya yığmasına qalib gəlib - 2:0.

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 10-cu dəfə böyük beynəlxalq turnirdə çıxış edəcək.

37 yaşlı portuqaliyalı futbolçu 2004-cü ildən indiyədək bir dəfə də olsun dünya və ya Avropa çempionatını buraxmayıb.