"Liverpul"un futbolçusu Sadio Mane futbolçuların gündəlik həyatı ilə bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçu "L`Equipe"yə açıqlamasında deyib:

“Bəli, futbolun bəyənmədiyim dəyərləri var. Bu, mənim aldığım tərbiyə ilə bağlıdır. Amma heç kimi tənqid etmək istəmirəm. Əksinə, mən özümü belə şeylərdən uzaqlaşdırıram. Ən əsası isə özün kimi olmaqdır. Kiçik bir şəhərdən olan bir oğlan üçün əldə edilənlər böyük bir nailiyyətdir. Ronaldo və ya Neymarın həyat tərzinə gəlincə, bu mənim üçün uyğun deyil. Mən onları sosial şəbəkələrdə izləyirəm.  Onların inanılmaz həyatları var, amma bu mənə görə deyil ".

Qeyd edək ki, Mane 2016-cı ildə "Liverpul"a keçib. Seneqallı futbolçu bu mövsüm Premyer Liqada 25 oyunda 12 qol vurub və 1 qolun ötürməsini verib.