Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ötən gecə DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Türkiyəyə qalib gəldikləri matç haqda (3:1) fikirlərini bölüşüb. 

Rekord.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə öz Tvitter hesabında paylaşım edib. Ronaldo yazıb:

“Böyük hədəfimizə, 2022-ci il dünya çempionatına doğru ilk addımımızı atdıq. Rəqiblrimizə hörmətlə yanaşmalıyıq. Amma həmişə öz gücümüzə inanaraq ciddi və məqsədyönlü işləməyə davam etməliyik. Hədəf Qətərdir!"

Qeyd edək ki, Portuqaliya pley-off mərhələsinin finalında Şimali Makedoniya ilə qarşılaşacaq.