"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo oğlu Junior Ronaldo haqqında danışıb. 

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu  övladını heç nəyə məcbur etməyəcəyini və sevdiyi işi görməsi üçün şərait yaradacağını bildirib: 

“Hər şeyi zaman göstərəcək. Heç vaxt onu nəyəsə məcbur etməyəcəm. O, sevdiyi işi görəcək. Övladlarım hər zaman hansı sahəni istəyirlərsə, onu seçməkdə azad olacaqlar. Mən istənilən situasiyada onlara dəstək olacağam”.

Qeyd edək ki, Junior Ronaldo “Mançester Yunayted”in akademiyasında çıxış edir.