
Rəşad Sadıqovu sevindirən məqam
- 03 Fev 2023 14:45
- 399
"Kəpəz"lə 18-ci tur matçında qırmızı vərəqə alan "Zirə"nin futbolçusu Coşqun Diniyev bu səbəbdən iki oyun idi komandasına kömək edə bilmirdi.
Rekord.az xəbər verir ki, o, cəzalı olduğu üçün 19-cu turda "Sumqayıt"a, 20-ci turda isə "Neftçi"yə qarşı oyunlarda forma geyinə bilmədi.
Artıq futbolçunun cəza müddəti bitib və 21-ci turda "Qəbələ" ilə matçda meydançaya çıxa biləcək.