"Səbail" - "Zirə" matçında "Zirə"ni baş məşqçisi Rəşad Sadıqov bir neçə epizodda hakim qərarlarına etirazı ilə yadda qaldı.

Rekord.az xəbər verir ki, bir epizodda onun dördüncü hakim Səbuhi Bayramova etirazı daha çılğın formada oldu.

Belə ki, matçın gedişində "Zirə" və "Səbail"in futbolçuları arasında ikili mübarizə getdi. Mübarizə zamanı "Səbail"in futbolçusu yerdə qalsa da baş hakim Rauf Cabbarov ikili mübarizə hesab etdiyi üçün qayda pozuntusu qeydə almadı. Lakin dördüncü hakimin qulaqcıqla "foul" deməsindən sonra fit çalıb "Zirə"nin əlehinə cərimə zərbəsi təyin etdi. Sadıqov isə dördüncü hakimin bu hərəkətindən sonra ona etirazını çılğın şəkildə bildirdi. "Zirə"nin baş məşqçisinin "baş hakimin gözünün qabağındadı, cərimə vermir, sən niyə müdaxilə edirsən?" sualına isə dördüncü hakim "Rəşad müəllim, sakitləşin" cavabını verdi. Sadıqov isə əsəbi başını tutaraq 15-20 metr künc bayrağı istiqamətinə getdi.