Rəşad Nəbiyev Qusarda hazırlıq keçən cüdoçularla görüşdü
- 19 İyl 2026 18:00
- 150
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Qusarda təlim-məşq toplanışını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri ilə görüşüb.
Rekord.az xəbər verir ki, görüşdə dünya çempionatına hazırlığın gedişi, mundial öncəsi əsas hədəflər, komandanın hazırlıq planı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Federasiya prezidenti idmançılar və məşqçilər heyətinə uğurlar arzulayıb, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını ifadə edib.