
Renatın komandası səfərdə xal itirdi
- 00:13
- 34
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Motor” Ekstraklasanın 5-ci turunda "Pyast”ı qəbul edib.
Qarşılaşma 0:0 hesabıyla başa çatıb. Renat 63-cü dəqiqədə meydana buraxılıb. O, 88-ci dəqiqədə sarı vərəqə də alıb.
Dadaşovun komandası 5 turdan sonra 5 xalla 12-ci pillədə qərarlaşıb.