Azərbaycan millisinin və İsveçrənin “Qrasshopper” klubunun hücumçusu Renat Dadaşov koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, səfərdə “Sion”la 2:2 hesablı heç-heçə etdikləri 5-ci tur matçından sonra test nəticəsi müsbət çıxan 23 yaşlı futbolçu artıq sağalıb.

Bir həftəlik karantin müddətini başa vuran forvard komandaya qoşulub. Futbolçunun İsveçrə Kubokunda bu gün "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.

Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.