"Sumqayıt" Futbol Akademiyasının U-11 və U-14 komandaları Türkiyənin yalova şəhərində keçirilən "International Maxwell Cup" turnirində iştirak edib.

Rekord.az xəbər ki, dünən yekunlaşan turnirdə U-11 komandası bürünc medal qazanıb.

Komandanın futbolçusu İmran Seyidbalayev isə ən yaxşı futbolçu adına layiq görülüb, ona xüsusi kubok təqdim olunub.

Qeyd edək ki, bu futbolçu haqda hələ bir müddət öncə yazmış, istedadından söz açmışdıq. İmran saytımız "Rekord.az"-ın təsis etdiyi "Rekord" Uşaq Futbol Klubunun yetirməsidir və ilk məşqçisi də Orxan Abdullayev olub. Məhz "Rekord"da parladıqdan sonra "Sumqayıt" Futbol Akademiyasına qəbul edilən İmran hazırda akademiyanın ən perspektivli futbolçularından sayılır.