
Rəhman Hacıyev “Şamaxı” ilə birdəfəlik müqavilə bağlayacaq
- 20 Apr 2022 14:00
- 770
Müqavilə ilə "Neftçi"yə məxsus olan və hazırda icarə əsasında "Şamaxı"da forma geyinən Rəhman Hacıyevin gələcək taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, futbolçunun mövsümün sonunda "ağ qaralar"la müqaviləsi başa çatır.
Samir Abasovun planlarına daxil olmayan futbolçu ilə yeni müqavilə imzalanmayacaq və o, azad agent statusuna sahib olacaq. Əldə etdiyimiz məlumata görə, "Şamaxı" ona yeni müqavilə təklif edib. Futbolçu özü də bu təklifə isti baxır, sadəcə, maliyyə məsələsini yenidən danışmaq lazımdır. Arada ciddi fikir ayrılığı olmasa, Hacıyev yayda "Şamaxı" ilə rəsmi müqavilə bağlayacaq və bu kluba məxsus olacaq.